“Qarabağ”la oyun bizim üçün finaldır”
26.10.2022 , 18:21

“Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun haqda fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis görüş üçün təşkil edilən bugünkü mətbuat konfransında bunları deyib:
“Vacib oyunöncəsi hamı düşərgədədir və matça hazırdır. “Qarabağ”la sabahkı oyun bizim üçün finaldır. İkinci yerə ümid etmək baxımından son şansımız olacaq.
“Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik”.
Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
