“Qarabağ”la “Neftçi”dən irəli addım – yeni reytinq
25.03.2020 , 13:05

Futbol klublarının yeni dünya reytinqi açıqlanıb.
1000 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçiləri – “Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişib. Hər iki komanda irəliləyib.
Ötən siyahıda 609-cu olan “Qarabağ” 10 addım qabağa gedib. Ağdam klubu hazırda 599-cudu. “Arlılar”ın 1054 xalı var.
Balansı 818-ə bərabər olan “Neftçi” isə 4 pillə irəliləyərək 674-cü sıraya yüksəlib.
Cədvələ “Liverpul” başçılıq edir. “Flamenqo” 2-ci, “Barselona” 3-cüdü.
