“Neftçi”nin yarımmüdafiəçi Edson Kastilyo zədələnib.
Korner.az-ın məlumatına görə, bu haqda məlumatı klubun rəsmi saytı məlumat yayıb. Futbolçu sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.
Bundan başqa, digər zədəli futbolçu – müdafiəçi Elvin Bədəlov diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılacağı gözlənilir.
