Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-11-21&&dateTo=2019-11-22): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Çempionlar liqası

“Qarabağ”la “Kukesi” arasında böyük fərq yoxdur”

01.08.2018 , 11:15

“Bu, çox uzun və yorucu səfər idi. Lakin biz Bakıdayıq. Buranın iqlimi yaxşıdır.  Oyuna yaxşı hazırlaşacağıq. Bütün oyunlarda maksimum gücümüzlə mübarizə aparırıq. Bu gün də belə davam edəcəyik. Növbəti mərhələyə yüksəlmək iddasındayıq.  Ümid edirəm ki, buna nail olacağıq”.

Bu sözləri  Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi” klubunun futbolçusu Simon Rumbulaku deyib.

O, bu gün səfərdə “Qarabağ”a qarşı keçirəcəkləri matçı dəyərləndirib: “İlk oyunda gördük ki, “Qarabağ”la “Kukesi” arasında böyük fərq yoxdur. Əlbəttə, bu komandada keyfiyyətli futbolçular çıxış edir. Ancaq biz də öz gücümüzü göstərdik. Ümid edirəm ki, bugünkü qarşılaşmada qol vurmaq imkanımız olacaq”.

Rumbulaku “Qarabağ”ın heyətində çıxış edən albaniyalı futbolçu Ansi Aqolli barədə danışıb: “Aqolli yaxşı futbolçudur. Ona uğurlar arzulayıram. Amma fikrimcə, növbəti mərhələyə adlayan tərəf biz olacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Son yazılar

Yuxarı