“Qarabağ”la cavab oyunu fərqli olacaq”
25.07.2022 , 11:35

“Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq hər futbolçunun arzusudur. Komandamızda burada oynamamış çox oyunçu var. Hər birimizin xəyalı irəliləməkdir”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix”in futbolçusu Blerim Cemayli deyib.
Yerli mətbuata danışan isveçrəli futbolçu sözlərinə belə davam edib:
“Qarabağ”la cavab oyunu fərqli olacaq. Evimizdə oynayacağıq və böyük motivasiyamız olacaq”.
“Qarabağ” ilk oyunda İsveçrə çempionunu 3:2 hesabıyla məğlub edib. Cavab matçı iyulun 28-də İsveçrədə olacaq.
