“Qarabağ”la APOEL-in şansları bərabərdir” – Dino Ndlovu
05.08.2019 , 10:30

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Ağdam klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə oyunlar öncəsi Kipr mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, bir zamanlar Kiprin “Anortosis” klubunda oynayan 29 yaşlı hücumçu hər iki komandanın şanslarının bərabər olduğunu deyib:
“Qarabağ”ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım olmasa da,mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu, böyük maraqla gözlənilən iki vacib oyun olacaq. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir”.
Qeyd edək ki, Ndlovu 2016-2017-ci illərdə Ağdam klubunda oynayıb.
