“Qarabağ”ın zədəlisi sıraya döndü
24.09.2020 , 12:28

“Qarabağ”ın zədəli futbolçusu Xayme Romero məşqlərə başlayıb.
İspaniyalı futbolçu zədəsini sağaldaraq məşqlərə qoşulub.
30 yaşlı futbolçu zədəyə görə “Qarabağ”ın Premyer Liqada “Keşlə” və “Neftçi” ilə oyunlarını, Çempionlar Liqasında isə “Mölde” ilə matçını buraxmışdı.
