“Jelezniçar” və “Mersin İdman Yurdu”nun keçmiş qapıçısı İbrahim Şehiç kariyerasını “Qarabağ”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, Şehiç türk klubunda əsas heyətdə yerini itirmişdi ona görə o, klubdan ayrılmaq istəyib.
Bosniyalı qapıçı ilə bu gün səhər rəsmi müqavilə imzalanıb. Futbolçu ilkin təssüratlarını belə açıqlayıb: “Qarabağ”a keçdiyim üçün özümü xoşbəxt hiss edirəm. Klubda futbol oynamaqçun ideal şərait var. Həmçinin Bakı şəhərini də çox bəyəndim. Avrokuboklarda uğurla çıxış edən bir klubda oynamaq mənə xoşdur. Mənə bəslənilən ümidləri boşa çıxartmayacağam”.
Futbolçu həmçinin “Mersin İdman Yurdu”ndan niyə ayrıldığının səbəblərini də açıqlayıb: “Mersin”də gözəl günlərim keçib. O kluba çox şey borcluyam, amma milli komandaya yenidən dəvət olmaqçun mütəmadi olaraq oynamaq istəyirəm”.
