"Qarabağ"dan dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Hədəfləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədikdən sonra doğru yerə gedəcəyimi düşündüm. Bilirəm ki, "Qarabağ" texnikalı futbol oynayır və məndən də hər kəs eyni şeyi gözləyir".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Çumbinyo klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu "Qarabağ"a fayda vermək üçün gəldiyini bildirib: "Oyun üslubum "Qarabağ"a uyğun gəlməsəydi, məni komandada görmək istəməzdilər.
"Qarabağ"a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
