Ölkə futbolu

“Qarabağ”ın yeni transferi: “Məndən gözləntilərin çox olduğunu bilirəm”

29.06.2018 , 10:53

“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm”.

Bu sözləri “Qarabağ”ın yeni transferi Abdullah Zubir deyib. Mərakeş əsilli fransalı futbolçu “Qarabağ”da kifayət qədər uöurlar qazanmaq istədyini bildirib:

“Hansı komandaya gəldiyimin fərqindəyəm. “Qarabağ” son illər ardıcıl çempionluqlar qazanıb. Hədəfim burada komandayla birlikdə mükafatlar qazanmaqdır. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da mənim burada məsuliyyətimin artması deməkdir”.

26 yaşlı vinger titullar qazanmaq üçün Ağdam klubuna gəldiyini deyib: “Bu komanda üçün ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Bu komandayla titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, “Qarabağ” Zubirlə 2 illik müqavilə imzalayıb.

Son yazılar

Yuxarı