“Qarabağ”ın yeni transferi Nikolaz Gelaşvili Ağdam klubunun futbolçusu kimi ilk müsahibəsini verib.
-“Qarabağ” barədə ilk fikirlərin necədir?
-Komanda çox yaxşı təsir bağışlayır.Burada mehribançılıq var,çünki hamı biri birilə dostluq münasibətindədir.
-Öz fiziki durumun necədir?
-Vəziyyətim normaldır.Hal-hazırda məşqlər davam edir. Çalışıram ki,komandaya kömək etmək üçün daha yaxşı formada olum.Hər şey yaxşıdır.
-Transfer olmazdan əvvəl “Qarabağ” barədə məlumatınız var idimi ?
-Bəli,bu ölkədə olan gürcü futbolçular “Qarabağ” barədə mənə müsbət məlumat vermişdilər. Demişdilər ki, “Qarabağ” ən yaxşı oynayan komandalardan biridir.Pressinq və sürəti ilə seçilir.
-Əvvəl “Qarabağ”da oynayan gürcü futbolçu Adamiyaya qısa olaraq azarkeşlər “Bico” deyirdi. Sənə qısa olaraq nə cür müraciət olunmasını istərdin?
-(Gülür)"Qarabağ"ın yeni.
-Sən komandaya transfer olmazdan əvvəl hücum xəttində boşluq var idi.Bu boşluğu dolduracağına inanırsanmı?
-Bunu zaman göstərər.Mən özümü tərifləməyi xoşlamıram. Ancaq özümə inamım var. Komanda ilə bir yerdə yaşı nəticələr verə biləcəyimə inanıram.
-Nikonun “Qarabağ”da futbolçu kimi hədəflərdi nədir?
-Birinci olaraq Avroliqada yaxşı nəticələr vermək istəyirəm. Bir də eşitmişəm ki, “Qarabağ” 17 ildir çempion olmur. Əlimdən gələni edəcəm ki,biz bu həsrətə son verək.
– “Qarabağ”da oynayarkən yenə Gürcüstan milli komandasına dəvət alacağına inanırsan?
– “Qarabağ” güclü komandadır. Burada oynamaq mənim özüm üçün də yaxşı olacaq. Əlbəttə ki, yaxşı nəticə verə bilsən milli komandamıza çağrılacağam.
QABİL HÜSEYN