"Qarabağ" Premyer Liqanın XXI turunun hazırlıqlarına start verib.
Korner.az-ın məlumatına görə, cümə günü təsnifat mərhələsində sonuncu səfər görüşünə çıxacaq Ağdam klubu 2 məşqlə hazırlaşır.
"Rəvan"ın qonağı olacaq komanda ilk məşqini Suraxanı qəsəbə stadionunda edib. "Qarabağ" məşqləri tam heyətlə keçə bilmir. Yeni transfer Branimir Subaşiç "Sumqayıt"la baş tutan sonuncu görüşdə zədələnib.
Qolunu zədələyən 31 yaşlı forvardın "Rəvan"la oyunu buraxacağı dəqiqdi. Onun gələn həftə "İnter"lə oyuna yetişəcəyi gözlənilir.
"Rəvan" – "Qarabağ" matçı fevralın 22-də Bayıldakı yeni arenada, saat 15:00-da keçiriləcək.