“Qarabağ”ın yeni transferi Tarik Elyunussi artıq Bakıdadı. Hücumçu dünən gecə paytaxtımıza gəlib.
Norveçli oyunçunun bu gün komandaya qoşulacağı və komanda ilə axşam məşqinə çıxacağı gözlənilir.
Elyunussi mövsüm sonuna kimi Yunanıstan “Olimpiakos”undan icarəyə götürülüb.
