“Qarabağ”ın yeni transfer hədəfi
24.06.2023 , 17:15

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Korner.az xəbər verir ki, klub “Şaveş”dən Juninyonu transfer etməyə hazırlaşır.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Yayılan xəbərdə, 26 yaşlı vingerin Azərbaycan çempionu ilə razılaşdığı bildirilir.
“Qarabağ” Juninyo üçün “Şaveş”ə 500 min avroya yaxın məbləğ ödəyəcək.
