“Qarabağ”ın yeni tərəfdaşı “Sirab” oldu
26.05.2023 , 16:44

Mayın 26-da “Sirab” brendinin futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.
Korner.az xəbər verir ki, imza mərasimində Sirab”ın CEO’su Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, “Qarabağ” FK-nın baş direktoru Əmrah Çəlikəl, komandanın marketinq departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Mina Musayeva
