Heydər Əliyevin 90 illik yubileyi münasibətiylə Bakıda Azərbaycan veteranlarıyla Dünyanın sabiq ulduzları arasında yoxlama oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov eləcədə köməkçiləri Müşviq Hüseynov və Elxan Həsənov da Azərbaycan veteranlarının yığmasında forma geyinib.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyunu izləyənlər arasında olub. Görüşdə yığmamızın heyətində Vəli Qasımov dubl edib, Samir Ələkbərov digər qolun müəllifi olub. Dünya ulduzlarından isə Azərbaycanın qapısını Arçil Arveladze 2, Duayt York 1 dəfə dəqiq nişan alıb. Oyun 3:3 hesabı ilə başa çatıb.
