big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qarabağ”ın vitse-prezidenti “Neftçi”yə atmaca atıb, xəbərdarlıq etdi

18.04.2013 , 12:14

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Neftçi” ilə oyunun (1:2) hakimliyindən narazı qalıb.

Korner.az-ın məlumatına görə, klubun saytına açıqlamasında T.Gözəl bildirib ki, dünən baş verənləri onu çox məyus edib.

 
“Həyatımda nadir hallarda belə üzülmüşəm.  Penalti epizodunda bir deyil, iki qüsur var. Hakim penalti zamanı epizoda çox yaxın idi.  Burda həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdur. Bir hakim bütün bunlara rəğmən belə qərar verirsə, mənim onun meydanı ədaləti qorumaq  üçün çıxdığına şübhəm var.  Səhərə kimi gözümə yuxu getməyib. Bu qədər çəkilən əziyyət bir fitlə puça getməməlidir.  “Qarabağ”da hər kəs bu mövsüm üçün böyük əzmkarlıq nümayiş etdirir. Çempionluğa oynamaq böyük iradə və həvəs tələb edir. “Qarabağ” bu il heç bir zaman olmadığı kimi iradəsini ortaya qoyub.  Bu il “Qarabağ”ın arzusu, motivasiyası, yanğısı ötən illərlə müqayisədə inanılmaz bir həddə gəlib çıxıb. Biz getdikcə mənən daha da böyüyürük. Daha böyük uğurlar qazanmaq iqtidarındayıq.  Amma baxırsan ki, bütün çəkilən əziyyətlər, bütün mücadilə bir hakimin haqsız fitiylə hədər gedir. “Qarabağ”ın əldə etdiyi uğurlar meydanda tökülən alın tərinin hesabınadır. Mən komandamızın statistikasına baxıram: 3 gündən bir bu uşaqlar meydanda 11 kilometr qaçırlar.  Onların zəhmətini belə “qırmamalıydılar”.

Klub rəsmisi daha sonra həm PFL-in prezidenti Ramin Musayev, həm də AFFA-nın baş katibi Elxan Məmmədovun da bu cür halları pislədiyini bildirib:

"Sevindirici haldır ki, həm Ramin bəy, həm də Elxan bəy olayın ciddiyyətini qəbul etmiş və “Qarabağ”ın haqsızlığa uğradığını etiraf etdilər.  Bildirdilər ki, məsələylə bağlı araşdırmalar davam edir.  Əminəm ki, məsələylə bağlı futbol qurumları ən düzgün qərarı qəbul edəcəklər. AFFA və PFL düzgün və şəffaf çempionatın keçirilməsində maraqlıdırlar. Çünki AFFA Azərbaycan futbolunun dünya çapında inkişafını  istəyir  və bunun üçün çalışır”.

 
Ağdam klubunun vitse-prezidenti “Neftçi”nin ünvanı atmaca da atıb: “Mən “Neftçi”ni “Qarabağ”la 1:1 bərabərə qalması münasibətilə təbrik edirəm. Onlar üçün bu gözəl nailiyyətdir. Mən penaltini qəbul etmirəm. Rəqibin vurduğu penaltinin futbolla heç bir əlaqəsi yox idi. Onlar bilsinlər ki, “Qarabağ” daim “Neftçi”nin əzəli rəqibi olacaq. Çünki “Qarabağ” da “Neftçi” kimi tarixi keçmişi olan bir klubdur. Bunu hamı görür, bilir və biləcəklər. Bu futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdir. Mən “Neftçi”yə xəbərdarlıq edirəm. Siz gələn həftə daha da iradəli, əzmkar “Qarabağ” görəcəksiniz. Biz sınmadıq. Əksinə baş verənlər bizi daha da motivasiyalı edib. İstənilən halda biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik.  Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq. Görüşün nəticəsi nə olacaq bilmirəm. Bu futboldu. Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam.  Komandam da bilsin ki, bu matç mənə çempionluq, final  görüşü kimi qiymətlidir. Biz sübut etməliyik ki, axan çayın qarşısı bir daşla alına bilməz.  Biz o daşı aşacağıq və hədəfimizə çatacağıq”.

Son yazılar

To Top