“Qarabağ” klubu son günlər cəbhə bölgəsində şəhid olan əsgərlərimizə görə UEFA-ya müraciət etmişdi.
Korner.az-ın məlumatına görə, ağdamlılar UEFA-dan Çempionlar Liqasının III turunun “Zalsburq”la cavab oyununa qara lentlə çıxmalarını və şəhidlərimizin xatirəsini bir dəqiqləlik sükutla yad edilməsini istəyib.
Bu gün UEFA-dan “Qarabağ”a rəsmi cavab gəlib. Rəsmi cavabda bildirilib ki, UEFA “Qarabağ”ın müraciətini anlayışla qarşılayır. Ancaq UEFA bu məsələnin sırf futbolla bağlı olmadığı üçün “Qarabağ”ın müraciətini qəbul etməyib.
