Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub
Korner.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində ilk matçına çıxıb
Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə görüşüb Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayacaq Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışıb
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
"Qarabağ" – "Tvente" (Hollandiya) – 0:0
Baş hakim: Manuel Qrafe (Almaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
