“Qarabağ”ın təxirə salınmış oyununun saatı açıqlandı
22.02.2019 , 14:19

Birinci divizionun 15-ci turundan təxirə salınmış “Qarabağ-2” – “Zirə-2” oyununun başlama saatı açıqlanıb.
Martın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, əsas heyətin 6 üzvünün 19 yaşadək milli ilə təlim-məşq toplanışında olduğunu əsas gətirən “Qarabağ” klubunun PFL-ə müraciətindən sonra qurum matçın martın 4-də keçirilməsinə qərar vermişdi.
4 mart (bazar ertəsi)
15:00. “Qarabağ-2” – “Zirə-2”
“Azersun Arena”
