“Qəbələ” məğlub oldu
16.01.2019 , 18:40

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Antalyada ilk yoxlama oyununu keçirir.
“Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşır. Üçüncü bundesliqa təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 15:30-da başlayıb. “Qəbələ”nin “Meppen”lə görüşü 3 hissədən ibarət olacaq.
Qeyd edək ki, “Qırmızı-qaralar”ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.
Xatırladaq ki, “Qəbələ” “Meppen”dən sonra yanvarın 20-də Rusiyanın “Yenisey”, 24-də “Fakel” klubları, 26-da isə Macarıstan təmsilçisi MTK ilə yoxlama oyunu keçirəcək.
16 yanvar
Yoxlama oyunu
15:30. “Qəbələ” (Azərbaycan) – “Meppen” (Almaniya) – 1:2 (Üçüncü hissə)
