“Metallurq” – “Qarabağ” matçını izləmək üçün Makedoniyaya gedəcəyəm. Çünki məhz bu iki rəqibdən biri II təsnifat mərhələsində rəqibimiz olacaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi olan Polşanın “Piast” klubunun baş məşqçisi Marçin Brosz deyib.
Polyakların çalışdırıcısı artıq Ağdam klubu haqda məlumat əldə etdiklərini də bildirib:
“Artıq “Qarabağ” haqda müəyyən məlumatlar əldə etmişəm. Bu komandanın zəif və güclü cəhətlərini öyrənmək üçün cari mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Qarabağ” – “Neftçi” matçının videoyazısını izləmişəm. Ola bilsin ki, biz elə “Qarabağ”la oynadıq. Çünki “Qarabağ” üç il öncə “Metallurq”u ümumi hesabda 5:2 məğlub edərək növbəti mərhələyə adlamışdı”.
