Çempionlar liqası

“Qarabağ”ın “Şerif”lə oyun üçün iştirak ərizəsi

24.08.2020 , 19:01

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Şerif” klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Korner.az xəbər verir ki, siyahıda 21 oyunçunun adı yer alıb. Onlardan 3-ü qapıçı, 7-i müdafiəçi, 8-i yarımmüdafiəçi və 3-ü hücumçudur.

I təsnifat mərhələsində “Sileks”ə qarşı oyunla müqayisədə bir dəyişiklik edilib. “Səbail”ə icarəyə verilən Ruslan Hacıyev siyahıdan çıxarılıb.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı

Müdafiəçilər:4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İmayıl İbrahimli, 19.Filip Ozobiç, 71.Toral Bayramov, 77.Donald Gerye,

Hücumçular: 11. Mahir Emreli, 7. Kvabena Ovusu, 29. Musa Qurbanlı

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq.

Son yazılar

Yuxarı