“Qarabağ”ın sabiq üzvü koronavirusa yoluxdu
18.11.2020 , 10:42

“Qarabağ”ın sabiq üzvü İbrahim Şehiç koronavirusa yoluxub.
Bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, milli komandanın üzvləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda İtaliya ilə oyundan öncə koronavirus testindən keçirilib. Onların arasında yalnız İbrahim Şehiçin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən “Konyaspor”un qolkiperi millinin heyətindən çıxarılıb.
