“Qarabağ”ın sabiq rəqibinin yeni baş məşqçisi
04.09.2018 , 20:10

“Qarabağın” sabiq rəqibi Sloveniya “Olimpiya”sının yeni baş məşqçisi müəyyənləşib
Lyublyana təmsilçisi avstriyalı mütəxəssis Zoran Barişiçə həvalə olunub. 48 yaşlı baş məşqçi ilə 3 illik müqavilə imzalanıb. Bu, son ölkə çempionunun iyun ayından bəri 3-cü baş məşqçi təyinatıdır.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a məğlub olan “Olimpiya” klubu baş məşqçi İliya Stolitsa ilə yollarını ayırıb. Onu bu postda Aleksandr Linta əvəzləsə də, o, komandanın sükanı arxasında möhkəmlənə bilməyib.
