“Qarabağ”ın sabiq legioneri İsveçrə klubunda
06.10.2020 , 19:42

“Qarabağ”ın sabiq forvardı İnnosent Emeqaranın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İsveçrədə davam etdirəcək.
Hücumçu ikinci liqada çıxış edən “Vintertur” klubunda çıxış edəcək. Bu barədə futbolçunun özü sosial şəbəkə hesabında məlumat verib.
