“Qarabağ”ın sabiq futbolçusu Türkiyə klubunda
26.12.2019 , 00:01

“Qarabağ”ın bu mövsümün əvvəlində yolları ayırdığı futbolçu Con Delarj Çexiyanın “Dinamo” klubundan ayrılıb.
Korner.az xəbər verir ki, hücumçu Türkiyə birinci liqa təmsilçisi “Boluspor”a transfer olunub. O, artıq rəsmi müqaviləyə imza atıb. Ancaq sözləşmənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Qarabağ” Delarjı ötən ilin iyul ayında “Bursaspor”dan transfer etmişdi.
