“Qarabağ”ın sabiq futbolçusu Əl Hərbi Əl Jadeuinin klubsuz günləri başa çatıb.
Korner.az-ın apasport.az-a istinadən məlumatına görə, mərakeşli yarımmüdafiəçi karyerasını Tailandda davam etdirəcək
Bu ilin sentyabr ayında “Qarabağ”la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən 30 yaşlı yarımmüdafiəçi “Ratçaburi” klubu ilə anlaşıb. Əl Hərbi Premyer Liqa təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Əl Hərbi Əl Jadeui “Qarabağ”a 2015-ci ilin yayında “Lans” klubundan keçmişdi.
