“Qarabağ”ın səfər planı
04.11.2024 , 15:30
“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin IV turunda Norveçdə “Bodo-Qlimt”lə keçirəcəkləri matç üçün səfər planı bəlli olub.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun komandası oyuna iki gün qalmış – noyabrın 5-də çarter reysi ilə saat 17:30-da yola düşəcək.
Bir gün sonra saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisinin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə yekun məşqi keçiriləcək.
“Bodo- Qlimt” – “Qarabağ” matçı noyabrın 7-də Budadakı Aspmyura stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.