“Qarabağ”ın “Rakuv”la ilk oyununun hakim təyinatları
20.07.2023 , 12:36

Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada “Rakuv” ilə “Qarabağ” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakim Lukas Fahndrix olacaq. Ona yan xətt hakimləri Yonas Erni və Qillame Mayre kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Tşudi yerinə yetirəcək.
İyulun 26-da baş tutacaq oyuna saat 22:15-də start veriləcək.
