“Qarabağ”ın rəsmiləri APOEL-in muzeyində
07.11.2019 , 16:57

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə qarşılaşacaq.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisinin nümayəndələri bu gün keçiriləcək oyundan əvvəl Kipr klubunun muzeyini gəziblər.
APOEL-in muzeyini ziyarət edənlər arasında klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yer alıb.
