“Qarabağ”ın rəqiblərindən biri müəyyənləşdi
22.12.2019 , 15:56

“Qarabağ”ın qış təlim-məşq toplanışında yoxlama oyunu çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın “Siqma” klubu ilə qarşılaşacaq.
Yanvarın 25-də keçiriləcək “Siqma” – “Qarabağ” matçına saat 14:30-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” Antalyada 4 yoxlama oyunu keçirəcək.
