“Qarabağ”ın rəqibləri müəyyənləşdi
02.10.2020 , 15:44

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb.
Azərbaycanı turnirdə təmsil edən “Qarabağ”ın da rəqibləri müəyyənləşib.
Ağdam klubu I qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Tel-Aviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq.
Avropa Liqası
Qrup mərhələsi, I qrupu
“Vilyarreal” (İspaniya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Tel-Aviv, İsrail)
“Sivasspor” (Türkiyə)
