"Qarabağ"ın Avropa Liqasın qrup mərhələsindəki rəqibi "Sent-Etyen" klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Karabükspor"la matçda zədələnən komandanın kapitanı Loik Perrin tibbi müayinədən keçib.
Onun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, L.Perrin Bakıda “Qarabağ”la oyunu buraxmalı olacaq.
Maraq üçün bildirək ki, ağdamlıların digər rəqibi "Dnepr"ın da kapitanı ağır zədə ilə üzləşib.
Qeyd edək ki, "Qarabağ" və "Sent Eyten" komandaları arasında Bakıdakı matç sentyabrın 18-i, cavab qarşılaşması isə noyabrın 27-i Fransada keçiriləcək.
