“Qarabağ”ın rəqibinin daha 2 futbolçusu koronavirusa yoluxdu
02.12.2020 , 11:26

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubunun daha 4 üzvündə koronavirus aşkarlanıb.
Korner.az-ın məlumatına görə, virusa yoluxanların 2-si futbolçu, 2-si də texniki heyətin üzvləridir.
“Sivasspor”da daha əvvəl 10-a yaxın futbolçu və klub işçisində koronavirus aşkarlandığı açıqlanmışdı.
“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.
