Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ"ın pley-offdakı rəqibinin kimliyinə aydınlıq gəlib. Bu Almaniyanın "Ayntraxt" klubudu.
1899-cu il, martın 8-də yaradılan klubunun baş məşqçisi Armin Vehdi. Son mövsümdə Frankfurt təmsilçisi Bundesliqada altıncı yeri tutub.
Nailiyyətlərionə gəlincə isə, "Ayntraxt" 1979/80-ci illərdə bir dəfə UEFA kubopkunun qalibi olub. Bi rdəfə Bundesliqa çempionluğuna yiyələnən "Ayntraxt" (1958/59.), 4 dəfə isə Almaniya kubokunun qalibi olub (1973/74; 1974/75; 1980/81; 1987/88.)
Klub ev oyunlarını 51.500 nəfərlik "Kommersbank Arena"da keçirir.
"Ayntraxt" öz meydanında "qara-qırmızı", səfər meydanında isə "ağ-qara" forması ilə çıxış edir.
Komandanın tanınmış simaları isə Nigeriya millisinin üzvü Cay-Cay Okoco və alman Köpkedi.
Səxavət QURBANOV
