UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ"ın rəqibi bəlli olub.
Korner.az-ın idmanxeber.com-a istinadən verdiyi xəbərə görə, püşk Ağdam təmsilçisinə Çernoqoriya "Rudar"ını rəqib edib.
"Qarabağ"ın rəqibini yaxından tanıyaq…
Klub 1920-ci ildə yaradılıb. 95 yaşlı komanda Pyevliya şəhərini təmsil edir. Komanda ev oyunlarında göy, səfər matçlarında isə ağ formada çıxış edir."Rudar" tarixi boyu 7 dəfə avrokuboklarda iştirak edib – iki dəfə Çempionlar Liqası, 3 dəfə Avropa Liqası və 1 dəfə də UEFA kubokunda iştirak edib.
Ağdam klubunun rəqibi son 3 mövsümün ikisində Ermənistan təmsilçilərini mübarizədən kənarlaşdırmaqla tur adlaya bilib. "Rudar" Çempionlar Liqasının son mövsümündə Polşanın "Şlask" klubu ilə qarşılaşıb və iki oyunun cəmində rəqibinə 2:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Ümumilikdə isə komanda avrokuboklarda 13 matça çıxıb ki, bunların da 3-nü qalib başa vurub. Pyevliya təmsilçisinin bu qələbərlə yanaşı 2 heç-heçə və 8 məğlubiyyəti var.
Komanda ev oyunlarını 10 minlik Qradski arenasında keçirir.
Sonda onu da qeyd edək ki, "Rudar" Çernaqoriya çempionatının son turunda qalib gəlməklə çempionluğunu rəsmiləşdirib.
