“Qarabağ”ın rəqibindən yeni transfer
05.01.2025 , 14:56
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan FKSB bu qış ilk transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb.
Çexiyalı qapıçı Lukaş Zima ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Zima “Cenoa”, “Livorno”, “Peruca” kimi klublarda çıxış edib. Onun son klubu ölkəsində “Petrolul” olub.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.