“Qarabağ”ın rəqibindən yeni transfer
29.01.2024 , 16:50
“Braqa” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” ilə “Braqa” arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.