“Qarabağ”ın rəqibindən yeni transfer
23.10.2020 , 17:38

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İsrailin “Makkabi” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın “Azam” komandasından Novatus Disması transfer edib.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Makkabi” qrup mərhələsindəki ilk matçda “Qarabağ”ı məğlub edib – 1:0.
