“Qarabağ”ın rəqibindən yeni transfer
20.10.2020 , 17:21

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” yeni transferi Xuan Foytu təqdim edib.
Korner.az xəbər verir ki, “Tottenhem”dən icarəyə götürülən argentinalı müdafiəçi ilə bu mövsümünün sonunadək müqavilə imzalanıb.
Foyt 2017-ci ildə “Estudiantes”dən “Tottenhem”ə transfer olunub.
