“Qarabağ”ın rəqibindən yeni transfer
07.10.2020 , 17:43

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” (Tel-Əviv) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının “Bidvest Uits” klubundan Rouen Hümanı transfer edib.
19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
