“Qarabağ”ın rəqibindən transfer
22.09.2022 , 19:51

“Qarabağ”ın Avropa Liqasının G qrupundakı rəqibi “Nant” (Fransa) heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Liqa 1 təmsilçisi “Mets”dən Fabyen Santonzu transfer edib. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Qarabağ” 2-ci turda Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəlib.
