“Qarabağ”ın rəqibindən növbəti transfer
02.07.2018 , 20:11

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” növbəti transferini həyata keçirib.
Lyublyana təmsilçisi son olaraq Xorvatiya “Rieka”sında çıxış edən Matiç Çrniçi alıb. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda 29 nömrəli forma geyinəcək.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.
