“Qarabağ”ın rəqibindən darmadağın
03.12.2024 , 10:43
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB Rumıniya çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, komanda səfərdə “Otelul”la üz-üzə gəlib.
Beş qolun qeydə alındığı qarşılaşmada qələbəni bayram edən tərəf qonaqlar olub – 4:1.
Qeyd edək ki, FCSB “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.