“Qarabağ”ın rəqibindən darmadağın
30.11.2020 , 10:15

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Tel-Əviv) İsrail çempionatında növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, klub doğma meydanda “Hapoel”ə (Kfar Saba) qalib gəlib – 3:0.
Ardıcıl üçüncü qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 12 xalla 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
“Qarabağ” qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də baş tutacaq.
