“Qarabağ”ın rəqibində koronavirus şoku
14.10.2020 , 20:16

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Vilyarreal”ın futbolçusu Sofian Çakla koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, Mərakeş millisinin düşərgəsində olan müdafiəçinin koronavirus testi müsbət çıxıb. Çaklanın virusdan tam sağaldıqdan sonra İspaniyaya qayıdacağı bildirilib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor”la (Türkiyə) ilə mübarizə aparacaq.
