İsveçrənin "Yanq Boys" klubunun baş məşqçi postunda istefa reallaşıb.
Korner.az-ın məlumatına görə, İsveçrə klubu baş məşqçi Uli Forteylə yoluna davam etməməyə qərar verib.
İstefasının səbəb Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Monako"yla keçirilən görüşlərdə komandanın bərbad çıxış etməsi səbəb olub (1:3, 0:4).
Məhz bu məğlubiyyətlərdən sonra "Yanq Boys" Avroliqaya düşərək, "Qarabağ"a rəqib oldu.
