“Qarabağ”ın rəqibində ciddi itki
19.10.2020 , 19:48

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ərdoğan Yeşilyurt sıradan çıxıb. O, Super Liqanın V turunda “Kayserispor”la oyunda (3:1) topuğundan zədələnib.
Futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
