Fransanın “Monako” klubu Avropa Liqasında “Qarabağ”la keçirəcəyi qrup mərhələsinin III tur matçından öncə itkilərlə üzləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Leonardu Jardim klubun tibbi heyətinin raportundan sonra xeyli qayğılanıb.
Həkimlər müdafiəçi Eldersonun Nigeriya, arxa xətt oyunçusu Fabio Koentrao və yarımmüdafiəçi Bernardo Silvanın Portuqaliya, orta xətt oyunçusu Nabil Dirarın Mərakeş, Tyemue Bakayokonun Fransa millilərindən müxtəlif əzələ və oynaq patologiyaları ilə qayıtdıqlarını bildiriblər.
Malidən olan yarımmüdafiəçi Adama Traorenin məşq zamanı topuğu qırılıb. Hazırda Jardimin ilk “11-liy”i müəyyənləşdirməkdə belə çətinlik çəkdiyi bildirilir.
